Şəkidə “Zil” aşdı, sürücü öldü - FOTO

24
iyn
2022
15:48
Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, Şəki sakini Mahir Zakir oğlu Hacırəhimovun idarə etdiyi "Zil" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Bu zaman özünü yük avtomobilindən atmaq istəyən sürücü ağır xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan bütün müdaxilələrə baxmayaraq M. Hacırəhimov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alını...
