Şəhid kapitanın polkovnik atası dünyasını dəyişdi - FOTO

Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, polkovnik-leytenant Şikar Şikarov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.
Azərbaycan Ordusunun kapitanı olmuş Nəcəf Şikarov isə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.



Oxşar xəbərlər
Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun atası Ağəsəf Abdurahmanov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkə...