SİZİN REKLAM BURADA!
055 213 76 73


Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

BAKU.WS