SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadının lüks avtomobilinin cızılmasının səbəbi bilinib.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, Təranə Bağırovaya məxsus “Porsche” markalı avtomobilini əlindəki əşya ilə qəsdən cızan şəxs Banu Əliyevadır.

B.Əliyeva polisə verdiyi izahatda hadisəni törədən zaman sərxoş olduğunu bildirib:

“Həmin gün mən sərxoş idim və 2-3 saat ərzində şəhərdə gəzmişəm. Daha sonra evə getmişəm. Heç nə xatırlamıram. Törətdiyim əməldən xəbərsizəm. “Porsche” markalı avtomobilin sahibini tanımıram”.

“Porsche” markalı avtomobilin sahibi Təranə Bağırova isə bildirib ki, ona 600 manat məbləğində ziyan dəyib və o, zərərin ödənilməsini tələb edib.

BAKU.WS
VİDEO