SİZİN REKLAM BURADA!
055 213 76 73


Keniyada qan donduran hadisə baş verib.

BAKU.WS xarici mətbuata istinadla xəbər verir ki, Stiven Nqila ad-soyadlı kişi arvadı Jaklin Mvendeni vəhşicəsinə döyərək, qollarını kəsib.
Buna səbəb isə onların 7 illik evliliyi müddətində Jaklinin övlad dünyaya gətirməməsi olub. Dəhrə ilə qolları kəsilən qadının aldığı ağır xəsarət nəticəsində həmçinin qulağının biri kar olub.

Hadisəni törədəndən sonra Stiven Nqila evdən qaçıb. Növbəti gün o, arvadının yatdığı xəstəxanada polislər tərəfindən yaxalanıb. 

Jaklin Mvendenin yatdığı xəstəxanada müayinə olunan qadının əslində sağlam olduğu ortaya çıxıb. Məlum olub ki, sonsuz olan əslində, Stiven Nqil özüdür.

BAKU.WS