SİZİN REKLAM BURADA!
055 213 76 73


"Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir".

BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub:

"Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür".

Xatırladaq ki, mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Daxil olan müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

BAKU.WS