SİZİN REKLAM BURADA!
055 213 76 73


“M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb”.

BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - qeyd olunub.

*** 11:09

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi iddiasına reaksiya verilib. 

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, görüntülərin Filarmoniya ilə heç bir əlaqəsi yoxdur. Videonun Filormaniyanın həyətində olan qapalı məkanda yerləşən restoranda çəkildiyi qeyd edilib. 

10:30

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb.

Saytın əldə etdiyi görüntülərdə Azərbaycanın mədəniyyət ocaqlarından birində gənclərin təşkil etdiyi əyləncə dolu gün əks olunub.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO