BŞİH-in sabiq əməkdaşı Türkiyədə HƏBS EDİLDİ

16
may
2022
11:25
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.
C.Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Daha bir təşkilat rəhbəri HƏBS EDİLDİ
“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxs həbs edilib. Baş Prokurorluğun Mətbuat Xid...