SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuz rayonunda 8 nəfər kababdan zəhərlənib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Azaflı kənd sakinləri aldıqları qoyun ətini kabab çəkib yedikdən sonra özlərini narahat hiss etməyə başlayıblar. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 45 yaşlı Nizami Musayev və onun həyat yoldaşı 41 yaşlı Zərifə Əhmədova, oğlu 21 yaşlı Rövşən, qızı 22 yaşlı Lalə, nəvəsi 3 yaşlı Ömərin zəhərləndiyi müəyyən edilib.

Zərərçəkənlərə tibbi yardım göstərilib. Sonradan daha iki kənd sakini, Zahir Eminov və Natiq Eminov da zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. N.Musayevin hazırladığı kababdan onlar da yeyiblər.
 
BAKU.WS