SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda dəstə üzvləri evlərdən 20 min manatlıq oğurluq edib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 1800 manat dəyərində televizor, həmçinin kombi aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 5 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb.

Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Musayev, Vüsal Veysəlov və Zakir Əzizov saxlanılıblar.

Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin mənzil sahiblərinə 20 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Saxlanılan şəxslər evlərdən oğurladıqları əşyaların bir qismini satıb əldə etdikləri pulu aralarında bölüblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS
VİDEO

QALEREYA