SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün Bakı metrosunda qatarların birində nasazlıq olduğu üçün problem yaranıb".

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

"Səhər "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən "Neftçilər" stansiyasında normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Onun əvəzinə xəttə qatar verilib", - deyə Bəxtiyar Məmmədov vurğulayıb.

***09:48

Bu gün səhər saatlarında Bakı metrosunda insident baş verib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, “Neftçilər” stansiyasında qatar platformada dayanıb və qapılar açılıb-bağlanıb. Daha sonra sərnişinlər vaqonlardan çıxardılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə araşdırılır. Araşdırmadan sonra ətraflı məlumat veriləcək.

BAKU.WS