SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Özünü İŞİD terror təşkilatının haker qrupu kimi qələmə verən "Team System Dz" "Nürgün Group" şirkətlər qrupunun tərkibinə daxil olan bir sıra şirkətləri hədəfə alıb.
 
"APA-Economics" xəbər verir ki, şirkətlər qrupunun bir sıra müəssisələrinin internet saytlarında hakerlərin "I love the Caliphate State Islamic country" şüarı və təhdid dolu mətn yerləşdirilib. Bundan başqa, saytlarda Suriyada baş verənləri əks etdirən videoçarx yerləşdirilib. Bütün saytlarda yerləşdirilən mətn və video eynidir.
 
Haker qrupu "Facebook" səhifəsində hücuma məruz qalan şirkətlərin rəsmi internet səhifələrinin siyahısını açıqlayıb: www.nissan.az, www.kyoto.az, www.vegastar.az, www.revansigorta.az, www.dongfeng.az, www.dfmc.az, www.beyazsud.az, www.besscoffee.az, www.bess.az, www.airfresh.az.
 
Bundan öncə olduğu kimi, bu dəfə də şirkətlər qrupundan məsələ ilə bağlı münasibət öyrənmək olmayıb.
 
BAKU.WS