SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə çevrilişə cəhd edən hərbçilərin WhatsApp-ı istifadə etməsinin səbəbləri məlum olub. 
 
BAKU.WS-in məlumatına görə, əsgərlərin "ratsiya"dan deyil WhatsApp-dan istifadə etdiyi hər kəsdə sual yaradıb. WhatsApp-ın istifadə olunmasının əsas səbəbinin yeni şifrələmə sistemi olduğu bildirilib.
 
Texnoloqların bildirdiyinə görə, A telefonu və B telefonu arasında olan yazışma, şəkil, video göndərmək, sənəd göndərmək, koordinat paylaşma kimi mesajlar şifrələnib serverdən qarşı telefona göndərilir. Bu mesajları yalnız istifadəçilər oxuya bilir. Məhz bu səbəbdən bir çox şirkətdə işçilər arasında WhatsApp qruplar yaradılır. Bu cür söhbət etməyin təhlükəsiz olduğu güman edilir. 

Qeyd edək ki, Türkiyədə çevrilişə cəhd zamanı əsgərlərin WhatsApp-da qurduqları "Yurdda Sülh" adlı qrupdan mesajlar yazdıqları məlum olmuşdu. 
 
BAKU.WS