SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Səhiyyə Nazirliyi Bakı Şəhər 3 saylı Klinik Xəstəxanada yaralı xəstəyə həkim tərəfindən yardımın göstərilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS məlumat verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə açıqlamasında sosial şəbəkələrdə yayılan videodakı hadisənin iyulun 17-də baş verdiyini bildirib. 

Onun sözlərinə görə, Mair Əmiraslanov adlı həmin şəxs içkili olub və onun cibində bıcaq olub. Həkimləri bıcaqlayacağı ilə hədələyən M.Əmiraslanov tibbi heyətin səyləri nəticəsində 15 dəqiqədən sonra əməliyyat otağına aparılaraq əməliyyat edilib. Hazırda xəstənin vəziyyəti kafidir. O, özünə gəldikdən sonra baş verən hadisələrə görə həkimlərdən də üzr istəyib.

Xatırladaq ki, yayılan videoda M.Əmiraslanovun xəstəxanada yerdə uzandığı göstərilir.

Xəstəyə yardım edilməsi üçün qeydiyyat masasında əyləşən xanım isə ona köməyin göstərilmədiyini iddia edir.
 
BAKU.WS