SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı daha 6 cinayət işi açılıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sabirabad, İmişli, Ağcabədi, Bərdə və Ağdam rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 6 cinayət işi başlanılıb.

Belə ki, araşdırmalarla dövlət mülkiyyətində, eləcə də xüsusilə qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə, habelə meşə fonduna aid olan ağacların qanunsuz kəsilməsi faktları öz təsdiqini tapıb.

Qanunsuz ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində baş verməsi müəyyən edildiyindən, faktla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

BAKU.WS