SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda Boğaziçi körpüsünü nəqliyyata bağlayan qiyamçıların təslim olma anı görüntülənib.
 
BAKU.WS-in məlumatına görə, silahlarını buraxaraq hərbi geyimlərini çıxardan əsgərlərə vətəndaşlar sərt reaksiya göstərib. Vətəndaşların əsgərlərin üzərinə doğru irəliləməsindən sonra polis havaya atəş açıb. Polis, vətəndaşları bölgədən uzaqlaşdırmağa çalışıb. Qarşıdurmadan sonra təxminən 50 əsgər polisə təslim olub.

Polislərin nəzarət əməliyyatı etdiyi zaman körpü yaxınlığında gözləyən vətəndaşlar əsgərlərə hücum edib. Vətəndaşlara polislər maneə olmağa çalışıb. 

Daha sonra körpüdəki 5 tankın üzərinə çıxan vətəndaşlar sevinclərin nümayiş etdiriblər. 
 
BAKU.WS