SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İstanbulda polisə silahlı və bombalı hücum təşkil edilib.

BAKU.WS-in məlumatına görə, terror hadisəsini törədən 3 nəfərdən 1-in qadın olduğu və yaralı şəkildə taksi ilə qaçdığı məlum olub. 

Terror hadisəsini təşkil edən 2 qadın terrorist bir binada mühasirəyə alınıb. Bayrampaşa rayonu ərazisində baş verən hadisə zamanı qadın terroristlərin üzərində əl bombaları və avtomatlar olub. Polis qüvvələri bölgəni mühasirəsyə alıb, küçələrə giriş-çıxış bağlanıb. 

Vətəndaşların belə küçələri tərk etməsinə icazə verilməyib. Daha sonra xüsusi təyinatlılar bölgəyə cəlb olunub. Polis binadakı terroristlərə "təslim ol" anonsu edib, ancaq cavab ala bilməyib. Polis binaya əməliyyat təşkil edib. Bu zaman binadan silah səsləri eşidilib. Əməliyyata polis vertolyotu da havadan dəstək verib.

Terrorçu qadınların saxlanılması üçün tədbirlər davam etdirilir.
 
BAKU.WS