""Bakı-Tiflis-Ərzurum” qaz boru xəttini PKK terror təşkilatı partladıb”.

 

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib. Nazir bildirib ki, boru xəttinin Sarıqamış bölgəsindəki hissəsində terrorçuların partlayış törətməsindən sonra qaz nəqli dayanıb.

 

"Separatçı terror təşkilatı PKK bu ana qədər Silopi elektrik xətti, İran-Türkiyə təbii qaz boru xətti, Kərkük-Yumurtalıq neft boru xətti və Çuxur elektrik xəttinə etdiyi hücumlarla o bölgədə yaşayan vətəndaşların ən təməl ehtiyaclarını qarşısını almaq istəyir. Bu mənfur hücumlardan ən çox bölgədəki qardaşlarımız zərər görür. O bölgədən gələn reaksiyalar və bizlərə çatan şikayət məktubları vətəndaşlarımızın əziyyət çəkdiyini göstərir”.


Nazir əlavə edib ki, vətəndaşlarımız terror təşkilatının hücumlarından son dərəcə narahatdır: "Bu gecəki hücum Ərzurumdan ölkəmizin qərbinə təbii qazı nəql edən "Bakı-Tbilisi-Ərzurum” qaz boru xəttini hədəf almışdı. Bu hücum terror təşkilatının ölkəmizin hər bölgəsindəki vətəndaşların rifahına zərər vurur. Bunlar əllərindən gəlsə, yalnız Çukurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qocarlar”, - deyə T.Yıldız vurğulayıb.

 

Qeyd edək ki, bu gün Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayış baş verib. İlkin məlumata görə, qaz boru xəttinin meşəlik sahəyə yaxın hissəsində yanğın olmadığı və təhlükənin sovuşduğu bildirilib. Bölgədə yaşayan insanların sözlərinə görə, partlayış boru xəttindən 20 km məsafədəki ətraf kəndlərdə də eşidilib.  


BAKU.WS