SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöldə qətl hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Hacıkənd Göygöl yolunun üzərində yerləşən çay evində baş verib. 2002-ci il təvəllüdlü Məmmədov Cavidan Siyavuş oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səyinə baxmayaraq, 20 yaşlı oğlan ölüb.

İlkin məlumata görə, C.Məmmədov tanışı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA