14 yaşlı qıza porno şəkillər göndərən azərbaycanlı həbs edildi

Rusiyanın Yujno-Saxalinsk şəhərində 29 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
BAKU.WS-in lent.az-a istinadən məlumatına görə, o, 14 yaşlı məktəbli qıza seksual xarakterli təkliflər göndərməkdə təqsirli bilinir.
Məlumata görə, azərbaycanlı 2017-ci ilin yanvar və fevral ayları ərzində adı açıqlanmayan məktəbli qızın telefonuna mütəmadi olaraq porno şəkillər və video roliklər göndərirmiş. Göndərilənlər barədə qız anasına məlumat verdikdən sonra, polis Azərbaycan vətəndaşını saxlayıb. İlkin istintaq zamanı məlum olub ki, eyni foto və roliklər qızın rəfiqəsinə də göndərilirmiş.
Hazırda faktla bağlı istintaq gedir.
BAKU.WS
Oxşar xəbərlər
Sevgilisiylə 4 yaşlı uşağını öldürən azərbaycanlı tutuldu
Rusiya polisi qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində...
