SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, “Ford” markalı avtomobilin xanım sürücüsü yol nişanı tələblərinə riayət etməyərək dairədə olan “Toyota” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA