SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən, qatar rəisi İlhamə Bağırova, 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər.
 
Sərnişin bətnində daşıdığı müqəddəs yükdən azad olub və bir oğlan övladı dünyaya gəlib. Volqoqrad stansiyasında "Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb. "Təcili yardım” briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər. 
Qeyd edək ki, məlumatı Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov verib.
 
BAKU.WS