SİZİN REKLAM BURADA!
055 213 76 73



İstanbul Atatürk Hava Limanında baş verən terror aktı zamanı yaralanan 239 nəfərdən daha biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror zamanı həlak olanların sayı 43-ə yüksəlib. Ölənlərdən 19-u əcnəbilərdir. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada 94 nəfər müalicə olunur.  Əldə edilən sübutlar terroru İŞİD-in törətdiyini göstərir.

Qeyd edək ki, iyunun 28-də 3 nəfər terrorçu Atatürk hava limanına daxil olaraq qarşılarına keçən hər kəsə atəş açıb. Daha sonra özlərini partladıblar. 
 
BAKU.WS