SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Atatürk Havalimanında törədilən terror hadisəsində 36 nəfər dünyasını dəyişib.
 
BAKU.WS-in məlumatına görə, terror aktı zamanı yüzlərlə vətəndaş da yaralanıb. Tibbi ekspertizadan sonra 18 cənazə ailələrinə təslim edilib. Terror hadisəsi zamanı ölənlərin yaxınları meyitləri götürərəkən göz yaşlarını tuta bilməyib. 

Terror aktı zamanı dünyasını dəyişən Yusuf Haznedaroğlunun 10 gün sonra evlənəcəyi məlum olub. Haznedaroğlunun qayınanası yeznəsinin hava limanında çalışdığını söyləyib. Qadın Yusuf Haznedaroğlunun ağır yaralı olaraq xəstəxanaya çatdırıldığını bildirib: "Hazırda meyiti məscidə aparmaq üçün gözləyirik. Yusuf iş vaxtı bitdikdən sonra qapıda gözləyərkən partlayış baş verib və dünyasını dəyişib. 10 gün sonra toyu olacaqdı". 

Atatürk Havalimanındakı terror hücumunda ölənlərdən 4-ü qadın olmaqla 26 nəfərin ekspertiza üçün ədli tibbi quruma gətirildiyi bildirilir. 

Ölənlərin adları belədir:
 
-Çağatay Çöl

-Sadık Petek (47) 

-Mehmet Mert (30) 

-Ethem Uzunsoy (43) 

-Yusuf Haznedaroğlu 

BAKU.WS