SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Prokurorluq “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov barədə açıqlama verib.

Mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

BAKU.WS