055 213 76 73
Bu gecə Bakı Dəniz Limanında güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə 3 yanınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Məlum olub ki, yanğın ümumi sahəsi 120 kv.m olan mətbəxdə 1 ədəd kartof bişirən aparat yanıb.
Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 05:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ziya Səccad
Video və foto: Zaur Yaqubov
BAKU.WS