Zaqatalada 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı

05
dek
2021
22:44
Zaqatala rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Danaçı kəndində baş verib.
Kənd sakini 1994-cü il təvəllüdlü İslam Həmzət oğlu Halmaqov qoz ağacından yıxılıb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Halmaqov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı İ. Halmaqova boyun və bel fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda toydan sonra faciə: ikinci qardaş da eyni yerdə öldü
Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.BAKU.WS publika.az-a istinadla xəbər verir ki, axşam, saat 22...
