Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib
Hadisə 58

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə noyabrın 25-də şəhər ərazisindəki evlərin birindən 1250 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qardaşı, əvvəllər məhkum olunmuş Ş.Həsənli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər