SİZİN REKLAM BURADA!
055 213 76 73


Kliniki Tibbi Mərkəz noyabrın 12-də pomidor turşusundan ağır zəhərlənmə diaqnozu ilə Füzuli rayonundan Bakıya atası ilə birgə gətirilən yeniyetmənin son durumu haqqında məlumat yayıb.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, pomidor turşusundan zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyevanın vəziyyəti yaxşılayıb.

Qeyd olunub ki, həkimlərin iki həftəlik səyi nəticəsində o, süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.

"Noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə diaqnozu ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin gün gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi.

Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib.

Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb", - xəstəxanadan bildirilib.

BAKU.WS