VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dünən axşam saat 6 radələrində 5-ci sinif şagirdinin oğurlanmasına cəhd edilib. Bununla bağlı sosial şəbəkələrdə və onlayn mediada məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, hadisənin Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 nömrəli sovxoz adlanan ərazidə baş verdiyi bildirilib. Hadisə barədə ətraflı məlumat əldə etmək üçün həmin ailə ilə əlaqə saxlanılıb.

Qaçırılmağa cəhd edildiyi iddia olunan azyaşlının ailəsi deyir ki, 1 qardaş və 2 bacı eyni məktəbdə, ikinci növbədə təhsil alırlar. Dünən dərsi bitən böyük qız balaca bacısını axtara-axtara məktəbin darvazasından çölə çıxıb. Elə nə olubsa, bundan sonra olub.

Hadisə barədə xəbər tutan ailə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, azyaşlının qaçırılması ilə bağlı iddialar nəzarətə götürülüb, bütün zəruri tədbirlər icra olunub. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

BAKU.WS
VİDEO