SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsinin 28 may küçəsində baş verib. Daşkəsən rayon sakini 46 yaşlı Etibar Qurbanov idarə etdiyi VAZ 2105 markalı avtomobillə hərəkətdə olarkən qəfildən qarşısına at çıxıb. İdarə etməni itirən Etibar Qurbanov atı vurub. Ata heç nə olmasa da, avtomobilə xeyli ziyan dəyib. 

"Mən özümü itirmişəm məni sükan arxasından buradakı insanlar ayıldıb. Ayılandan sonra atda yox idi, yiyəsi var idisə o da yox idi. Parkdan çıxdı. Parkda insan gəzir at gəzmir. Buna nəzarət edən yoxdumu ki, o at asfaltda nə gəzir? Buna kim baxmalıdı? Mənim maşınım nəyə görə şikəst olmalıdı?”, - Etibar Qurbanov əlavə edib.
 
BAKU.WS