Azərbaycanda bir ailənin məhv olduğu dəhşətli yanğının təfərrüatları - FOTO/VİDEO

Gəncə şəhəri "Natavan-2" qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə zamanı evdə olan 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu və onun övladları - 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızı yanaraq dünyasını dəyişiblər. İlkin ehtimallara görə, ev elektrik naqillərində yaranan qısaqapanma səbəbindən alışıb.
Belə ki, evi isitmək üçün elektrik sobasından istifadə edildiyi və naqillərdə qısaqapanma yarandığı ehtimal olunur.
B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları əşyalarla birgə tamamilə yanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşət: Bir ailə yanaraq öldü
Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidməti...
