Gəncədə düşən mübahisə iki qardaşın bıçaqlanmasına səbəb oldu

Gəncə şəhərində iki qardaşın bıçaqlanması və onlarla mübahisə edən şəxsin yaralanması ilə nəticələnən insident baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
İlkin məlumata əsasən, Göygöl rayon sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Əliyevlə Gəncə şəhər sakinləri 29 yaşlı Anar Rəhimov və onun 31 yaşlı qardaşı Vüsal Rəhimov arasında mübahisə yaranıb. Bu zaman qardaşlardan biri M.Əliyevin başından bel ilə vuraraq ona xəsarət yetirib. M.Əliyev isə onlara kəsici xəsarətlər yetirib.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...