Faciəvi avtobus qəzasında həyatını itirən şəxslər - FOTO

Oktyabrın 13-də səhər saatlarında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində baş verən qəzada həlak olanlardan ikisinin fotosu yayılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunlar Kəmalə Babayeva və İlham Aslanovdur.
1985-ci il təvəllüdlü K.Babayeva Buzovnada yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində çalışıb. 36 yaşlı qadın üç uşaq anası olub.
Faciəvi qəzada həyatını itrən İlham Aslanov isə Gədəbəydən olsa da, ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. İki il öncə ailə həyatı quran İlhamın bu evlilikdən Yusif adlı övladı dünyaya gəlib.
Məlumata görə, İlham Aslanov fəhlə kimi çalışırmış. Hadisənin baş verdiyi gün o, elə bu məqsədlə səhər saatlarında evdən çıxıb.
İş burasındadır ki, həmin gün İlhamın iş günü olmayıb. Sadəcə iş yoldaşı İlhamdan onu üç gün əvəz etməsini xahiş edib. İlham da əlavə gəlirə görə bu xahişlə razılaşıb.
Qeyd edək ki, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi ba...