Bakıda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı YENİ FAKT - VİDEO

"Yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən idarəetmədən çıxan yük avtomobili hərəkətdə olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusa çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər, eyni zamanda ərazidə olan piyadalar arasında həlak olan və xəsarat alanlar var".
BAKU.WS xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib:
"İlkin məlumata görə, 5 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb. Daha ətraflı müvafiq qurumlar tərəfindən açıqlama veriləcək.
Bizdə olan məlumata görə, səhər saatlarında şəhərdən Mərdəkan istiqamətində güclü sərnişin axını olmadığından avtobusda elə də çox sərnişin olmayıb. Xəsarət alan və həlak olanlar əsasən ərazidə olan piyadalar arasında qeydə alınıb".
Oxşar xəbərlər
Aeroport yolundakı dəhşətli qəzada xəsarət alanların adları - SİYAHI - VİDEO
Bakıda avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 16 nəfərin adları məlum olub. BAKU.WS Tre...
