Neftçalada avtomobil motosikletlə toqquşub, xəsarət alan var

16
sen
2021
22:33
Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində Neftçala şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Hilal Bilal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Neftçalada yol qəzası olub, xəsarət alan var
Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında M.Ə.R...