SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Mingəçevirdə zəlzələ oldu, hətta bəzi binaların otaqlarında çat əmələ gəlib".
 
BAKU.WS-in məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə söyləyib. Onun sözlərinə görə, şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb və hazırki vəziyyətlə maraqlanıb: "Mənə dedilər ki, hələlik dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur. Həmin vaxtı Bakıda olduğum otaqda lyustrun zəif tərpənişini mən də hiss etdim", - deyə millət vəkili bildirib.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində də zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Seysmoloji Xidmət mərkəzi zələzələnin afterşokları olacağını bildirib. Xidmət budəfəki təkanların nisbətən zəif olacağını və əhalini fahiməyə düşməməyə çağırıb. 

Qeyd edək ki, bu gün saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.
 
ŞAHİN Həbibov 
BAKU.WS