Tovuzda iki maşın toqquşdu, üç nəfər xəsarət aldı

01
avq
2021
23:00
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik maşını ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Mustafayev Azər Qəfər oğlu, 1987-ci il təvəllüdlü Ağayeva Şaymən İlqar qızı və 2002-ci il təvəllüdlü Xasməmmədli Tapdıq Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Dərsə gecikən şagirdi cəzalandırdı, ölümünə səbəb oldu — Azərbaycanda
11-ci sinif şagirdinin ölümünə səbəb olan direktor müavini yenidən şikayət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 309.2 (Vəzifə...
