Kürdəmirdə 30-a yaxın toy sahibi cərimələndi

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
BAKU.WS “Report”a istiandən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri reydlər zamanı rayon ərazisində həyətyani sahəsində toy edərək karantin rejimini pozan 30-a yaxın toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Reydlər sasən rayonun Sığırlı, Ərəbqubalı, Topalhəsənli və Yenikənd kəndlərində həyata keçirilib.
Qeyd edək ki, polis əməkdaşları müətmadi olaraq karantin rejimini pozmağa çalışan toy sahibləri ilə maarifləndirici söhbətlər aparır və profilaktik tədbirləri davam etdirirlər.
Oxşar xəbərlər
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında aparılan profilaktik tədbirlər davam etdirilir. BAKU.WS APA...
