SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazax rayonunda "Spirinter" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları açıqlanıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı xəsarət alıblar.

Bundan başqa, daha 2 nəfər və sürücü də xəsarət alıb.

***

22.03

Qazax rayonunda "Spirinter" markalı sərnişin mikroavtobusu aşıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aslanbəyli kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində iki azyaşlı və daha 5 nəfər xəsarət alıb.

Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Xəsarət alanlarda iki nəfərə ambulator müalicə təyin olunub. Digərlərinin vəziyyəti isə orta ağırdır.

İlkin məlumata əsasən, hadisəyə mikroavtobusun sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS