SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 27-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Yevlax”, “Mərdəkan”, “Buzovna”, “Bilgəh”, “Hövsan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

BAKU.WS