SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində "Toyota Prado" markalı avtomobil "Niva" markalı avtomobillə toqquşub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prosspektində qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Niva" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "Toyota" markalı avtomobildə olan sərnişin xəsarət alıb. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA