Bakıda yolun çökməsi sürücülərə qəza şəraiti yaradır - VİDEO

24
iyn
2021
19:19
Bakının mərkəzi küçələrinin birində asfalt örtüyü dağıdılıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, söhbət İzzət Nəbiyev küçəsindən gedir. İkitərəfli hərəkət olan yolun sağ hərəkət zolağında asfalt örtüyünün bir hissəsi yarasız hala düşüb.
Vətəndaşın sözlərinə görə, mütəmadi olaraq istifadə etdiyi yol artıq bir həftəyə yaxındır ki, bu haldadır:
“Nəqliyyat vasitəsi bu ərazidən keçə bilmir. Sürücü məcburdur ki, qarşı hərəkət zolağına çıxsın. Bu zaman isə qəza şəraiti yaranır. Məsələ ilə bağlı isə tədbir görən yoxdur”.
Oxşar xəbərlər
Bakıda sürücü şəhəri bir-birinə qatdı, beş maşını əzdi - ANBAAN VİDEO
Bakı polisi qaydalara tabe olmayan sürücünün saxlanılması istiqamətində əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Poli...