Bakıda “Azure” biznes mərkəzində gəncin intihar etdiyi məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: “Hər şey bura qədərmiş. Həyat, bəlkə də, çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

***11:08

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in qaynar xəttinə verdikləri məlumata görə, "Azure" biznes mərkəzinin 15-ci mərtəbəsindən 1999-cu il təvəllüdlü oğlan düşərək ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO