Azərbaycanda restoranda güclü yanğın - VİDEO

Şabran rayonunda restoranda yanğın baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun kənarında yerləşən “Qala” restoranında başlayan yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
Yanğın nəticəsində Bakı-Quba yolunun kənarında yerləşən “Qala” restoranının 500 kvadratmetr hissəsi tamamilə yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Bərdə bazarında baş verən yanğın nəticəsində nə qədər ərazi yanıb? - AÇIQLAMA
Bərdədə bazarda baş verən yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində 2100 kvadratmetr ərazi yanıb. BAKU.WS xəbər verir ki, bunu AP...
