SİZİN REKLAM BURADA!
055 213 76 73


Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, Aleksandr Atanın Azərbaycanda dini konfessiyalar arasında münasibətlərin inkişafına yönəlik çox böyük xidmətləri olub. Hər zaman hörmətlə xatırlanacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Aleksandr İşein 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub.

O, Moskva Teoloji Akademiyasını bitirib. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb.

1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

BAKU.WS