Ağdam Rayon Prokurorluğu: Mina partlayışı ilə bağlı araşdırma aparılır

18
apr
2021
11:53
Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağın topuqdan aşağı ətrafının amputasiyası xəsarəti alması müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Cəbrayılda mülki şəxs minaya düşüb
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdil...
