SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın 31.12.2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına;

Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun 03.08.2016-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.

BAKU.WS