SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtərdə işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş əraziyə keçməyə cəhd göstərən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.

İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib, polis əməkdaşları tərəfindən onun bu cəhdlərinin qarşısı alınıb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.

BAKU.WS