Tovuz sakinlərini qazsız qoyan qəzanın aradan qaldırılmasına başlanıldı - FOTO

Tovuz rayonunda baş verən yol qəzası zamanı 24 saatdan artıq mavi yanacaqsız olan abonentlərin qaz xəttinin bərpasına başlanılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hazırda Tovuz rayon Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən əhaliyə mavi yanacağın verilməsi istiqamətində iş aparılır.
Təxminən bir neçə saat sonra ilkin olaraq 650 abonent mavi yanacaqla təmin ediləcək, günün ikinci yarısına kimi isə rayon və bəzi kəndlər tam mavi yanacaqla təmin ediləcəklər.
Məlumat üçün bildirək ki, hadisə rayonun H.Əliyev prospektində baş verib.
"Opel" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində rayon ərazisinə və müxtəlif kəndlərə verilən qaz xətti sıradan çıxıb.
Qalereya
Oxşar xəbərlər
Gəncədə 300-ə yaxın abonent qazsız qalıb
Gəncədə qaz xəttinin zədələnməsi nəticəsində 300-ə yaxın abonent qazsız qalıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Çay Depo qəsə...
